Hər zaman öz müştərilərinə xüsusi diqqət və qayğıyla yanaşan “RUSEL CATERİNG” MMC 30 mart 2016-cı il tarixdə fəaliyyətə başlamışdır. “RUSEL CATERİNG” MMC olaraq əsas amalımız müştərilərimizə gigyenik, sağlam qidalarla təmin edib, onlara keyfiyyətli xidmət göstərməkdir. Bizim işimiz keyfiyyətli, istifadəyə yararlı və vaxtı keçməmiş qida məhsullarını almaqla yekunlaşmır. Aldığımız ərzaq məhsullarının saxlanma şəraitinə də xüsusi həssaslıqla yanaşırıq. Qısa müddət ərzində minlərlə insanlara xidmət edən şirkətin gigyenik və müasir standartlara cavab verən qidaların saxlanılması üçün anbarları vardır. Keçən müddət ərzində bir sıra şirkətlərlə- ATA YARD (AMEK TEKFEN AZFEN),Happy Babies uşaq bağçası, ETS ESER TAAHHÜT VE SANAYİ ANONİM, Rusel Inşaat, Azneftmaş ASC ilə əməkdaşlıq etmişik və əməkdaşlığımız davam etməkdədir. Müştərilərimizin təklifləri hər zaman bizim üçün önəmlidir, biz müştərilərimizin sifarişlərini alarkən həmçinin onların hansı yaş qrupuna aid olmasını, hər hansı xəstəliyinin olub-olmamasını nəzərə alıb, ona uyğun olaraq dietik menyular və ya digər Azərbaycan mətbəxinin təamlarını labaratoriya şəraitində yoxlandıqdan sonra bir çox dessertlər təklif edirik. Biz milli və müasir Avropa mətbəxinin təamları ilə yanaşı həmçinin müştərilərimizin ağız dadına və zövqünə uyğun olan digər yeməklər də hazırlayırıq. Ərzaqların alınması, yeməklərin hazırlanması, sifarişlərin qəbulu və s. işlərin hər biri şirkətimizin peşəkar
(LEVEL3,İSO2200,SGS,İNTERMEDİATE CERTİFİCATE İN FOOD SAFETY)sertifikatlarına sahib işçiləri tərəfindən görülür. Biz hər zaman müştərilərimizin hər bir istəyini lazımınca yerinə yetirmək və təmizliyə riayət etmək üçün maksimum dərəcədə çalışırıq. Şirkətimiz qısa müddət ərzində “RUSEL CATERİNG” MMC olaraq etibarlılığı, müasir keyfiyyət standartları ilə cəmiyyət, müştərilər və əməkdaşlar qarşısında məsuliyyət tələblərinə ciddi riayyət edərək biznesini idarə edən möhkəm və nüfuzlu şirkət kimi özünü sübut etmişdir. İşimizə hər zaman məsuliyyətli, ciddi yanaşaraq xidmətlərimizin yüksək səviyyədə olması üçün çalışmışıq və bu gün müştərilərimizin məmnunluğu, bizə ünvanladığı xoş sözlər bunun əyani sübutudur. Müştərilərimizin sağlam qidalarla təmin olunması, onların məmnunluğu bizim əsas iş prinsiplərimizdən biridir.
Müasir və dinamik inkişaf edən şirkət olaraq “Pronto Catering” MMC Beynəlxalq standartların tələblərinə tam şəkildə cavab verən İSO 9001:2015 “Keyfiyyət Menecment Sistemi” sertifikatına nail olmuşdur.
Bu sertifikatı alınmaqla biz öz Menecment İdarəetmə Sistemlərimizi təkminləşdirilərək Dünya səviyəsinə gətirib çıxarda bildik!
Bizim şirkətimizi İSO 9001:2015 standartı üzrə sertifikatlaşdırma auditi Azərbaycanda fəaliyyətini göstərən “İNCERT” Beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən aparılmışdır. Beləki “İNCERT” şirkəti
“First Quality Certification System” Beynəlxalq şirkətinin Azərbaycandakı təmsilçisidir.