• Hazır qidanı bilavasitə müştərinin ərazisində   hazırlanması;
  • Ofislərə yeməklərin çatdırılması və qidalanmanın təşkili;
  • Tikinti meydançalarına yeməklərin çatdırılması və qidalanmanın təşkili;
  • Yerlərdə mətbəxin təşkili və açılması (səyyar mətbəx);

Catering Siz tərəfdən təqdim olunan ərazidə də təşkil oluna bilər və ya biz Sizin tələblərinizə (tutum, yerləşmə, interyer və s.) uyğun olaraq müxtəlif məkanlar təklif edə bilərik.

İxtisaslaşmış Catering sistemi Sizi işçi heyətinizi heyrətə gətirəcək və əlbəttə ki, büdcənizə uyğun olacaq müxtəlif cana faydalı yeməklərlə gecə-gündüz təchiz edəcəkdir.

Sizə  təqdim olunan menyu variantlarında istədiyiniz yeməklər və arzu olunan qiymət və s. uyğun olaraq dəyişikliklər edə bilərsiniz.

“Rusel Catering”  şirkəti ketring bazarında müsbət nəticələr əldə etmək üçün ən güclü və ən geniş bazaya malikdir.  Bu baza məşhur Dünya brendlərinin ən yüksək keyfiyyətli qida məhsulları ilə təchiz edilir.

Biz ən yaxşı xidmət göstərən və Dünyanın ən yaxşı istehsalçılarının yüksək keyfiyyətli qida məhsullarını idxal edən Səyyar Xidmətlər üzrə peşəkar bir şirkətik. Müştərilərimiz və tərəfdaşlarımızın rəyləri, onlar tərəfdən işimizin qiymətləndirilməsi və bu xidmətlərin göstərilməsi üçün daha çox müştəri tərəfindən müraciət olunması bunu bir daha sübut etmişdir.

"Rusel Catering" şirkəti iaşə xidməti sahəsində az müddət fəaliyyət göstərməyinə baxmayaraq, biz tərəfdən təklif olunan yüksək xidmət və tərəfdaşlarımızla bağlanılan möhkəm iş və dostluq əlaqələrimizlə tam fəxr hissi keçiririk! Hal-hazırda bizim şirkət Azərbaycan və digər ölkələrdə öndə gedən bir sıra şirkətlərlə əməkdaşlıq edir.